İzmirdə meşə yanğını başlayıb, təyyarə və helikopterlər cəlb olunub

Türkiyənin İzmir şəhərindəki Ilıpınar məhəlləsindəki meşəlik ərazidə yanğın başlayıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, yanğının söndürülməsinə 3 təyyarə, 5 helikopter, 17 su tankeri, 8 su təchizatı maşını və 3 buldozer cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24