İzmirdə axtarış-xilasetmə işləri tamamlanıb

Dağıntı və itkilərə səbəb olan zəlzələnin baş verdiyi İzmir şəhərində axtarış-xilasetmə işləri tamamlanıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Qeyd edək ki, oktyabrın 30-da Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə zəlzələ olub. Yeraltı təkan nəticəsində 114 nəfər ölüb, yaralanan 137 nəfərin isə müalicəsi davam edir.

Digər xəbərlər

İranda bazar yanır 03 fevral, 2026 / 11:53