İstanbulda 16 avtomobil toqquşub, xəsarət alanlar var

Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunda kütləvi qəza baş verib.

"Report" bu barədə A Haber telekanalına istinadən xəbər verir.

Hadisə zamanı bir avtobus daxil olmaqla 16 avtomobil toqquşub.

Xəsarət alanların olduğu bildirilir.

İlkin məlumata görə, avtobusun əyləc sisteminin sıradan çıxması qəzaya səbəb olub.

Digər xəbərlər