İsrailin İranın Qum şəhərinə endirdiyi zərbələr nəticəsində iki nəfər həlak olub, dörd nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi yerli hakimiyyət nümayəndəsinə istinadən bildirib.
Qeyd olunub ki, Qum şəhərinin yaxınlığında İranın ən böyük nüvə obyektlərindən biri olan Fordo yerləşir.
İranın Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hücumları nəticəsində ölkədə ümumilikdə 3 500 nəfər xəsarət alıb, 430 nəfər həlak olub.