İrəvanda ermənilər İran vətəndaşını qarət ediblər

Ermənistanın paytaxtı İrəvanın mərkəzində İran vətəndaşı, 28 yaşlı Ş.Mojad qarət olunub.

Bu barədə “Report” “Shamshyan.com”a istinadən xəbər verir.

İran vətəndaşı polislə əlaqə saxlayaraq bildirib ki, hadisə Parpetsi küçəsində baş verib. Naməlum şəxslər ona hücum ediblər və bıçaqla hədələyərək çantasını alıblar.

Zərərçəkmiş çantasında kitabların, mobil telefonunun və pul kisəsinin olduğunu bildirib.

İrəvan polisi cinayətkarları axtarır.

Digər xəbərlər

Paşinyan yeni müşavir təyin edib 08 dekabr, 2025 / 20:02