İraqın baş naziri Məhəmməd Əl-Sudani oktyabrın 10-11-də Moskvaya səfər edəcək.
“Report” xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Əl-Sudani oktyabrın 9-da İraqı tərk edəcək. O, oktyabrın 10-da Rusiya prezidenti Vladimir Putinlə ilə görüşəcək.
Ertəsi gün isə işgüzar görüşlər keçirəcək.