İranın şərqində altı silahlı öldürülüb

İranın Sistan və Bəlucistan əyalətində keçirilən əməliyyat nəticəsində 6 silahlı öldürülüb.

"Report" xəbər verir ki, məlumatı İran mediası yayıb.

İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) yaydığı açıqlamaya əsasən, onlar bölgədə terror aktları həyata keçirməyi planlaşdırırmış.

Bildirilib ki, Sepahın "Qüds" qoşunu silahlılarının bölgədə əməliyyatı davam edir.

Digər xəbərlər