İran XİN-in başçısı Mərkəzi Asiya respublikalarına səfər edəcək

İranın xarici işlər naziri Məhəmmədcavad Zərif aprelin 5-8 tarixində Mərkəzi Asiya respublikalarına səfər edəcək.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə aprelin 3-də keçirdiyi mətbuat konfransında bildirib.

“Ortaq mədəniyyət, tarix və mədəniyyət bağlarına sahib olduğumuz Orta Asiya bölgəsi ilə əlaqələrin inkişaf etdirilməsi hər zaman İranın üstünlük verdiyi əsas məsələlərdən olub”, - sözçü deyib.

Onun sözlərinə görə, M.Zərif aprelin 5-8 tarixləri arasında Özbəksitan, Qırğız Respublikası, Qazaxıstan və Türkmənistana səfər edəcək.

Digər xəbərlər

Paşinyan yeni müşavir təyin edib 08 dekabr, 2025 / 20:02