İran XİN başçısı Moskvaya səfər edəcək

Sabah Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında görüş olacaq.

“Report” IRNA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

Görüş İran XİN başçısının Rusiyanın paytaxtı Moskvaya rəsmi səfəri çərçivəsində baş tutacaq.

Digər xəbərlər