İran ədliyyə sisteminin başçısı: "Hicabla bağlı yeni qanun layihəsi hökumətə təqdim edilib"

“İranda iffət mədəniyyətinin və hicabın dəstəklənməsi ilə bağlı yeni qanun layihəsi hökumətə təqdim edilib”.

“Report” “jamaran.news”a istinadən xəbər verir ki, bunu İran ədliyyə sisteminin başçısı, ETTELAAT-ın keçmiş rəisi Qulamhüseyn Möhsüni-Ejei bildirib.

Onun sözlərinə görə, digər qurumların rəhbərlərinin rəyləri də toplanaraq hökumətə göndərilib.

Q.M.Ejei qanun layihəsinin hökumət və parlamentdə razılaşdırılmasından sonra təsdiqlənəcəyinə ümid etdiyini vurğulayıb.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40