İran ABŞ-nin Bəhreyndəki bazasına zərbələr endirib

İran Ordusu Bəhreyndə Amerika helikopterləri və kəşfiyyat təyyarələrinin yerləşdiyi hava bazasına pilotsuz təyyarələrlə zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, hücum ABŞ-nin İrandakı əməliyyatlarına cavab olaraq Yaxın Şərqdəki ABŞ hərbi bazalarına qarşı "İldırım" əməliyyatının bir hissəsi olaraq həyata keçirilib.

Cümə axşamı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrana qarşı daha bir hücum dalğasını başladığını elan edib. İran mediası Bəndər-Abbas və Qeşm adası yaxınlığında partlayışlar barədə məlumat yayıb. Həmçinin Əhvaz, Buşəhr, Bəndər-Xomeyni və İranşəhr hava limanı da zərbələrə məruz qalıb.

Digər xəbərlər