“Biz çox çətin zamanda yaşayırıq və ətrafımızda xoş olmayan hadisələr baş verir”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan patriarxı II İlya Müqəddəs üçlük kilsəsində dini ibadət zamanı deyib.
O, hamını ehtiyatlı olmağa və heç bir səhv buraxmamağa çağırıb.
Patriarx Gürcüstanda əmin-amanlığın bərqərar olacağına ümid etdiyini bildirib.