İstanbulun ədliyyə idarələrinin FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən 173 işçisi tutulub

Bakı. 15 avqust. REPORT.AZ/ Fetullahçı Terror Təşkilatının (FETÖ) Türkiyədə dövlət çevrilişinə cəhdi ilə bağlı aparılan istintaq əməliyyatı çərçivəsində İstanbulun Çağlayan, Bakırköy və Qaziosmanpaşa rayonlarının ədliyyə idarələrinin 173 əməkdaşı tutulub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyat yerli vaxtla səhər saat 09.30-da başlayıb.

İnformasiyaya görə, Çağlayan və Qaziosmanpaşa ədliyyələrində 129, Bakırköydə isə 44 şübhəli şəxs tutulub.

Qeyd edək ki, ötən gün 4 nəfər həbs edilmişdi. 

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49