İrəvandakı toqquşmalarda xəsarət almış 9 nəfər xəstəxanalarda qalmaqdadır

Bakı. 23 aprel. REPORT.AZ/ İrəvanda keçirilən etiraz aksiyaları zamanı xəsarət almış 9 nümayişçi şəhər xəstəxanalarında müalicəsini davam etdirir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Hazırda İrəvan xəstəxanalarında 9 zərərçəkmiş müalicəsini davam etdirir. Onlardan 7-si bazar günü xəstəxanaya yerləşdirilib. Pasientlərdən biri yaxın saatlarda evə buraxılacaq", - deyə məlumatda bildirilir.

Mətbuat xidməti qeyd edib ki, 6 nəfərin vəziyyəti qənaətbəxşdir, üç nəfərinki isə orta-ağırdır.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24