Bakı. 19 sentyabr. REPORT.AZ / İrəvan Teatr və Kino İnstitutunda bu günlərdə polisin aşkar etdiyi nöqsanlara cavab olaraq, bu təhsil ocağın tələbələri rektorun hesabat verməsi tələbi ilə küçəyə çıxıblar.
“Report”un Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, institutun qarşısında toplaşan tələbələr həmçinin rektor başda olmaqla ali təhsil ocağının bütün rəhbərliyinin istefasını tələb edirlər. Onlar ks təqdirdə dərsə getməkdən imtina etdiklərini bildirirlər.