İranda hərbi təyyarə qəzaya uğrayıb

Bakı. 2 iyun. REPORT.AZ/ İran Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb. 

Məlumata görə, hərbi təyyarə ölkənin İsfahan şəhəri yaxınlığında yerə çırpılıb. 

Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb. 

Digər xəbərlər