İranda hərbi təyyarə qəzaya uğrayıb

Bakı. 11 noyabr. REPORT.AZ/ İran Hərbi Hava Qüvvələrinin “Su-22” qırıcısının qəzaya uğraması nəticəsində pilot ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə ölkənin Fars əyalətinin cənubunda baş verib.

İran İnqilab Keşikçiləri Qvardiyasının Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğramasının səbəbi hələlik məlum deyil. 

Digər xəbərlər