İranda irimiqyaslı hərbi təlimlər başlayıb

Bakı. 4 fevral. REPORT.AZ/ İranda irimiqyaslı hərbi təlimlər başlayıb.

"Report" AFP-yə istinadən xəbər verir ki, təlimlərdə raket sistemlərinin və hava hücumundan müdafiə radarlarının hazırlığı yoxlanılır. 

Ordu rəhbərliyi bildirib ki, məqsədi təhdidlərə, o cümlədən alçaldıcı sanksiyalara qarşı tam hazırlıqlı olmaqdır.

Təlimlər İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən keçirilir.

Digər xəbərlər

Türkiyədə 350 kq kokain aşkarlanıb 13 sentyabr, 2026 / 14:16
Hakan Fidan Suriyaya səfər edib 13 sentyabr, 2026 / 14:04