Bakı. 28 yanvar. REPORT.AZ/ İran Avstraliya vətəndaşı, demoqraf Meymanat Hüseyni-Çavuşini həbsdən buraxıb.
“Report” İsrail KİV-inə xəbər verir ki, bu barədə alimin vəkili Mahmud Mehzadi məlumat verib.
Bununla belə, Meymanat Hüseyni-Çavuşi İranda qalıb. Ona qarşı ittihamın irəli sürülüb-sürülməyəcəyi isə hələlik məlum deyil.
İran və Avstraliya vətəndaşı olan Meymanat Hüseyni-Çavuşi Melburnda yerləşən Demoqrafiya və ümumdünya səhiyyə məktəbinin əməkdaşıdır. 2018-ci ilin dekabrında İranı tərk edərkən tutulub. O, təxribat və dövlət müəssisələrinə soxulmağa cəhddə şübhəli bilinərək həbs olunmuşdu.
O, İranda hakimiyyət tərəfindən doğuma nəzarətin ləğv olunmasını tənqid edirmiş.