İranda 5 bal gücündə zəlzələ olub

Bakı. 31 mart. REPORT.AZ/ İranın qərbində 5 bal gücündə zəlzələ olub. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Avro-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib.

Zəlzələnin episentri İsfahan əyalətinin eyniadlı şəhərindən 120 km cənub-qərbdə olub. Yeraltı təkanların ocağı 40 km dərinlikdə yerləşib.

Ölən və yaralananlar haqqında məlumat yoxdur.

Digər xəbərlər