İran XİN rəhbəri: "Nüvə proqramı üzrə razılaşmaya indiki qədər yaxın olmamışıq"

Bakı. 4 iyul. REPORT.AZ/ "İranın atom-nüvə proqramı üzrə razılaşmaya heç vaxt belə yaxın olmamışıq".

"Report" "BBC"-yə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmmədcavad Zərif bildirib.

ABŞ-ın dövlət katibi Con Kerri isə müəyyən irəliləyişlərin olduğunu etiraf edərək, deyib: "Ancaq qarşıda görüləsi çoxlu işlər var".

Qeyd edək ki, İranın atom proqramı üzrə Tehranla "altılıq" (ABŞ, Almaniya, Britanıya, Fransa, Rusiya və Çin) ölkələri təmsilçiləri arasında danışıqlar iyunun 30-da başa çatmalı idi, razılıq əldə etmək üçün tərəflər müzakirələrin müddətini iyulun 7-dək uzadıblar.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49