İran XİN başçısı: "Ballistik raket buraxılışı BMT Təhlükəsizlik Şurasının tələblərini pozmur"

Bakı. 15 mart. REPORT.AZ/ "İranın ballistik raket buraxılışları BMT Təhlükəsizlik Şurasının tələblərini və İran nüvə proqramı üzrə şərtləri pozmur".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Kanberrada avstraliyalı həmkarı Culi Bişopla görüşünün yükununda deyib.

"İran heç vaxt silahından, o cümlədən raketlərindən hansısa ölkəyə hücum etmək məqsədilə istifadə etmir. Bütün silahlarımız yalnız müdafiə məqsədilə istifadə oluna bilər", - deyə XİN başçısı bildirib.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40