Bakı. 13 dekabr. REPORT.AZ/ İran Prezidenti Həsən Ruhani Rusiyaya səfər edəcək.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi bildirib.
“Rusiya Prezidenti Vladimir Putin Tehranda olarkən İran Prezidenti Həsən Ruhanini Moskvaya dəvət edib. Ruhani bu dəvəti qəbul edib. Səfərin tarixini iki ölkənin Xarici İşlər nazirlikləri razılaşdırmalıdır”, - o vurğulayıb.