İran ölkəyə gələn bütün xarici vətəndaşlara turizm vizaları təqdim edəcək

Bakı. 16 fevral. REPORT.AZ/ İran ölkəyə gələn bütün xarici vətəndaşlara turizm vizaları təqdim edəcək.

"Report"un "Euronews"a istinadən verdiyi xəbərə görə, bu barədə İranın Daxili İşlər Nazirliyindən bildiriblər.

Məlumata görə, bu məsələ 9 ölkə vətəndaşlarına, o cümlədən ABŞ və Böyük Britaniyadan gələnlərə aid edilməyəcək.

Ölkələrin tam siyahısı bir müddət sonra açıqlanacaq.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40