İran hərbçiləri sərhəddə Türkiyə vətəndaşını güllələyərək öldürüb

Bakı. 27 iyul. REPORT.AZ/ Türkiyənin Hakkari əyalətinin Yüksəkova rayonunda İran tərəfdən açılan atəş nəticəsində 24 yaşlı gənc ölüb.

“Report” Haber7-yə istinadən xəbər verir ki, ölən gənc Kamuran Fırat adlı Türkiyə vətəndaşıdır.

İnformasiyaya əsasən, o, Türkiyə-İran sərhədini pozmasa da, İran tərəfindən açılan atəş nəticəsində ölüb.

Kamuran Fırat Yüksəkovanın Ağaçlı kəndində dəfn ediləcək.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24