İnquşetiyanın Nazran şəhərində atışma nəticəsində 4 nəfər ölüb, 4 nəfər yaralanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarından bildirilib.
Məlumata görə, mübahisə zəminində dava-dalaş düşüb, daha sonra atışmaya keçib. Nəticədə biri polis olmaqla 4 nəfər ölüb.
Bildirilib ki, hadisə Nazran şəhərinin Altiyev inzibati rayonunda baş verib. Hadisənin səbəbi araşdırılır.