Yunusbek Yevkurov Rusiyanın müdafiə nazirinin müavini təyin olunub.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, ölkə prezidenti Vladimir Putinin müvafiq fərmanı əsasında Y.Yevkurova general-leytenant hərbi rütbəsi verilib.
Qeyd edək ki, Y.Yevkurov Rusiyanın İnquş Respublikasının rəhbəri olub.