​İngiltərə hökuməti vətəndaşlarını Tükiyənin bəzi şəhərlərinə getməməyə çağırıb

Bakı. 5 aprel. REPORT.AZ/ Britaniya hökuməti vətəndaşlarına Türkiyənin Diyarbəkir bölgəsinə və Suriya ilə sərhədboyu rayonlara səyahət etməməyi məsləhət görüb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, krallıq hökuməti vətəndaşlarını Türkiyənin Şırnak, Şanlıurfa, Qaziantep, Kilis, Hatay, Siirt, Tunceli və Hakkari şəhərlərinə də səyahət etməməyə çağırıb.

İngiltərə hökumətinin xəbərdarlığında bildirilib: "Kürdlərin, İŞİD-in və ifrat solyönlü terrorçu qrupların hücumları planlaşdırılmaqdadır. Çox diqqətli olun".

Qeyd edək ki, ötən həftə ABŞ-ın Ankaradakı səfirliyi vətəndaşlarına Türkiyənin cənub-şərq hissəsində yerləşən 19 şəhərinə səfər etməməyi məsləhət görmüşdü.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49