Hulusi Akar: "Yunanıstan gərginliyi artırmağa çalışır"

“Yunanıstan təxribat xarakterli addım və bəyanatlarla gərginliyi artırmağa çalışır”.

“Report” “AHaber”ə istinadən bildirir ki, bunu Türkiyənin milli müdafiə naziri ordu generalı Hulusi Akar deyib.

O söyləyib ki, Türkiyə belə addımlara icazə verməyəcək: “Yunanıstan ağıla, məntiqə və hüquqa sığmayan addımlar atır. Beləliklə, gərginlik artırılır. Sabahının yaxşı olmasını istəyənlər dünənin və bu günün səhvlərindən dərs çıxarmalıdırlar”.

Digər xəbərlər