Həştərxan vilayətinin Azərbaycan, İran və Türkmənistanla xarici ticarət dövriyyəsinin həcmi 213 mln. dollardan artıq olub

Bakı. 5 aprel. REPORT.AZ/ 2015-ci ildə Həştərxan vilayətinin Azərbaycan, İran və Türkmənistanla xarici ticarət dövriyyəsinin həcmi 213 mln. dollardan artıq olub.

"Report" xəbər verir ki, bunu "Rossiyskaya qazeta"ya müsahibəsində Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin bildirib. 

O qeyd edib ki, Rusiyanın Xəzəryanı ölkələrlə işgüzar münasibətlərinin inkişaf etdiyi zamanda Həştərxan vilayəti həmin əlaqələrinin inkişafı üçün bir növ forposta çevrilir.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40