Gürcüstanın XİN başçısı: “Azərbaycanla sərhədin delimitasiyası gələn ilin prioritetlərindən olacaq”

“Tbilisi Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın tərkibini yeniləyib”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər naziri David Zalkaliani illik hesabatı təqdim edərkən bildirib.

Nazirin sözlərinə görə, komissiyanın fəaliyyəti gələn il prioritet istiqamətlərdən biri olacaq: “Azərbaycanla sərhədlərin müəyyən edilməsi məsələsi diqqət mərkəzində saxlanılıb. Gürcüstan tərəfi yeni sənədlər aşkar edərək müvafiq komissiya çərçivəsində Azərbaycan tərəfinə təqdim edib. Biz komissiyanın tərkibini tam olaraq yeniləmişik”.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49