Bu ilin yanvar-fevral aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 1 milyard 855 milyon ABŞ dolları təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
İllik müqayisədə qonşu ölkənin xarici ticarət dövriyyəsinin dəyərində 6,1% artım qeydə alınıb.
İki ayda Gürcüstanın ixrac həcmi illik müqayisədə 4,5% artaraq 526,3 milyon ABŞ dolları, idxal həcmi isə 6,8% artaraq 1 milyard 328,7 milyon ABŞ dolları olub.
Hesabat dövründə ticarət kəsiri 802,5 milyon ABŞ dollarına bərabər olub ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 43,3% təşkil edib.