Gürcüstanın Konstitusiya Məhkəməsi “Xarici təsirin şəffaflığı haqqında” qanunun ləğvi ilə bağlı iddialara baxır

Gürcüstanın Konstitusiya Məhkəməsi ölkə prezidenti Salome Zurabişvilinin, müxalifət partiyalarının deputatlarının və qeyri-hökumət təşkilatlarının (QHT) “Xarici təsirin şəffaflığı haqqında” qanunun ləğvi ilə bağlı iddialarına baxmağa başlayıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bununla bağlı məhkəmə iclası yerli vaxtla saat 11:00-da başlayıb.

Xatırladaq ki, Gürcüstan Konstitusiya Məhkəməsində sözügedən qanunun ləğvi tələbi ilə dörd iddia qaldırılıb. Bunu Prezident Salome Zurabişvili, Gürcüstanın 121 QHT-si, müxalifətdən olan 38 parlament üzvü və jurnalistlər ediblər.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49