Gürcüstanın keçmiş müdafiə naziri azadlığa çıxıb

Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalaya (2009-2012) 9 illik həbsdən sonra azadlığa çıxıb.

“Report”un yerli bürosu xəbər verir ki, 42 yaşlı sabiq dövlət məmuru saxlanıldğı Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsini tərk edib.

B.Axalayanın gələcək planları və siyasətə qayıdıb-qayıtmayacağı hələ məlum deyil.

Qeyd edək ki, 2012-ci ildə həbs olunan keçmiş nazir casusluqda ittiham oluan Serqo Tetradzeyə qarşı işgəncələrin təşkilində təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24