Gürcüstanın Borjomi bölgəsində yanğın lokallaşdırılıb

Bakı. 25 sentyabr. REPORT.AZ/ Gürcüstan və Türkiyənin iki, Azərbaycanın bir helikopteri bu gün Borjomi bölgəsində yerləşən Tsaqveri kurort qəsəbəsi yaxınlığındakı meşə yanğınını söndürməyə başlayıb. 

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, sentyabrın 22-də gündüz saatlarından meşə massivində başlayan yanğının çıxmasına brakonyerlik səbəb ola bilər. Hazırda yanğın 4 hektardan çox meşə massivini məhv edib.

Yanğının söndürülməsi prosesinə 250 yanğınsöndürən-xilasedici, eləcə də Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi İşlər Departamentinin 300 əməkdaşı və Milli Meşə Agentliyinin əməkdaşları cəlb olunub. Canlı qüvvə ilə birlikdə xüsusi texnika da səfərbər olunub: 18 yanğınsöndürmə maşını və 20-dək yüksəklik keçmə qabiliyyətli texnika.

Gürcüstanın regional inkişaf və infrastruktur naziri Zurab Alavidze deyib ki, hazırda yanğın ocaqları yoxdur və yanğın nəzarət altına alınıb.

Digər xəbərlər

Nikol Paşinyan Brüsselə yollanıb 03 noyabr, 2026 / 09:47