​Gürcüstanın baş naziri yerli azərbaycanlı ağsaqqallarla görüşüb

Bakı.  1 aprel. REPORT.AZ/ Gürcüstanın baş naziri Georgi Kvirikaşvili yerli azərbaycanlı ağsaqqallar şurasının üzvləri ilə görüşüb.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda hökumətin mətbuat xidməti məlumat yayıb.

Baş nazirin sözlərinə görə, etnik azərbaycanlılar Gürcüstanın inkişafı prosesinə maksimum dərəcədə qoşulmalıdır: "Ölkəmizin inkişafına etnik azərbaycanlı vətəndaşlarımızın qoşulmasında birliyimiz vacibdir. Biz hazırda qarşımızda duran bütün vacib proseslərdə birlikdə iştirak etməliyik".

Digər xəbərlər