Gürcüstanın azərbaycanlılar yaşayan kəndində koronavirusa yoluxanların sayı artıb

Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində koronavirusa yoluxanların sayı 31-ə çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, ölkədə son sutkada təsdiqlənən yoluxma hallarının yalnız biri kənddə qeydə alınıb.

İyulun 24-dən sərt karantin rejiminin tətbiq olunduğu Qaracalarda kütləvi koronavirus testinin aparılması davam etdirilir.

Qardabani bələdiyyəsindən bildirilib ki, kəndlər üzrə ümumi yoluxma göstəricisi 51 nəfər təşkil edir.  

Digər xəbərlər