Gürcüstanda yerli vaxtla saat 22:25-də zəlzələ baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.
Məlumata əsasən, zəlzələnin gücü 6,2 bal, episentri isə Dmanisi rayonu yaxınlığındakı Sameba kəndində olub.
Güclü yeraltı təkanlar Tbilisi, Marneuli və bir sıra digər bölgələrdə də hiss edilib.
22:34
Gürcüstanda zəlzələ baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, yeralı təkanlar paytaxt Tbilisidə də hiss olunub.
Zəlzələnin episentri və maqnitudası hələ bilinmir.