Gürcüstanda zəlzələ olub

Gürcüstanda 3,6 maqnitudalı zəlzələ baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 19:25-də Oni şəhəri yaxınlığında qeydə alınıb.

Xatırladaq ki, ötən gün elə həmin ərazidə iki dəfə zəlzələ olub.

Digər xəbərlər

Türkiyədə 350 kq kokain aşkarlanıb 13 sentyabr, 2026 / 14:16
Hakan Fidan Suriyaya səfər edib 13 sentyabr, 2026 / 14:04