Gürcüstanda yeni siyasi hərəkat yaradılır

Gürcüstan parlamentinin bitərəf deputatı David Çiçinadze yeni siyasi hərəkat yaradır.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə parlament üzvü özü jurnalistlərə bildirib.

O deyib ki, hərəkat “Tribuna” adlandırılacaq.

Yeni siyasi təşkilatın təqdimat mərasimi iyunun 22-nə təyin olunub.

“Tribuna” siyasi hərəkatı 2020-ci ildə Gürcüstanda keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir.

Qeyd edək ki, D.Çiçinadze bu ilin fevralında üzv olduğu “Vətənpərvərlər Alyansı” fraksiyasından istefa verib. 

Digər xəbərlər

Qaziantepdə zəlzələ olub 25 yanvar, 2026 / 22:03
İranda 2 İŞİD üzvü edam edilib 24 yanvar, 2026 / 10:43