Gürcüstanda yeni ictimai hərəkat yaradılıb

Gürcüstanda yeni “Lelo” adlı ictimai hərəkat təsis olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, təşkilatın təqdimatı Anaklia şəhərində dəniz kənarında keçirilib.

Hərəkatı TBC Bankın təsisçiləri Mamuka Xazaradze və Badri Caparidze yaradıb. 

M.Xazaradze bildirib ki, hərəkatın məqsədi Gürcüstanda birliyə nail olmaqdır.

Hərəkatın daha sonra siyasi partiyaya çevriləcəyi gözlənilir.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24