Gürcüstanda Gənclər Agentliyi yaradılır.
“Report”un yerli bürosu xəbər verir ki, publik hüquqi şəxs olacaq yeni qurum hökumətin nəzdində fəaliyyət göstərəcək.
Müvafiq qanuna düzəlişlər bu gün Gürcüstan parlamentində 88 səs çoxluğu ilə qəbul olunub.
Qanun layihəsini ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi hazırlayıb.
Gənclər Agentliyi Uşaq və Gənclərin İnkişaf Fondu və Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin nəzdindəki Uşaq və Gənclər Milli Mərkəzinin birləşdirilməsi yolu ilə yaradılacaq.
Agentliyin təsis olunmasında məqsəd hökumətlə uşaq və gənclər arasındakı əlaqələrin genişləndirilməsi, onlara dövlət dəstəyinin göstərilməsi və hüquqlarının müdafiəsidir.