Gürcüstanda toy karvanında qəza olub, 8 nəfər xəsarət alıb

Gürcüstanın Xaşuri-Borjomi yolunda toy karvanında olan iki avtomobil bir-biri ilə toqquşub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, avtoqəza nəticəsində 8 nəfər xəsarət alıb.

Yaralıların 6-sı Xaşuri Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların əksəriyyəti 18 yaşa qədər olan şəxslərdir.

Faktla bağlı istintaq gedir.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24