Gürcüstanın Qardabani rayonunun Saakadze kəndində toy karvanı yol qəzasına düşüb.
"Report"un yerli bürosu xəbər verir ki, bəy və gəlinin olduğu avtomobil yük maşını ilə toqquşub.
Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Gəlinin də xəsarət alanların arasında olduğu bildirilir. Yaralılar xəstəxanaya çatdırılıblar.