Gürcüstanda son sutkada 688 nəfərdə koronavirus aşkarlanıb

Gürcüstanda son sutkada daha 688 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 259 897-yə çatıb.

Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 788 nəfər artaraq 251 077, vəfat edənlərin sayı isə 13 nəfər artaraq 3 221-ə çatıb.

Digər xəbərlər

Antalyada zəlzələ olub 06 mart, 2026 / 09:50