Saat 12:00-a olan məlumata əsasən, Gürcüstanda seçici fəallığı 17,72 % təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.
Gürcüstan üzrə artıq 619 562 seçici səs verib.
Ən yüksək seçici fəallığı Raça-Leçxumi bölgəsi (27,4 %), ən aşağı fəallıq isə Tbilisidə (15,8 %) olub.