Gürcüstanda restoranların fəaliyyətinə məhdudiyyət aradan götürülür

Gürcüstanda pandemiya səbəbindən restoranların fəaliyyətinə tətbiq olunan məhdudiyyət dekabrın 1-dən ləğv olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasının nəzdindəki Operativ Qərargahın rəhbəri Giorgi Qibradze məlumat yayıb.

Onun sözlərinə görə, restoranlar COVID-19 pasportlarına sahib olan şəxsləri saat məhdudiyyəti olmadan qəbul edə biləcək.

Qeyd edək ki, hazırda restoranlar saat 23:00-a qədər müştərilərə xidmət göstərə bilir.

Digər xəbərlər