Gürcüstanda müğənni qubernator müavini təyin olunub

Gürcüstanda ermənilərin yığcam yaşadıqları Samtsxe Cavaxeti bölgəsinin qubernator müavini vəzifəsinə təyinat olub.

“Report”un yerli bürosu xəbər verir, bu vəzifəyə müğənni Zura Xaçidze təyin olunub.

Z.Xaçidze bu gündən işə başlayıb. O, üçüncü müavin olaraq mədəniyyət, turizm, idman və təhsil sahələri üzrə fəaliyyət göstərəcək.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24