Gürcüstanda mədənçilər etiraz aksiyası keçirirlər

Gürcüstanın Tkibuli şəhərində mədənçilər bu gün səhər saatlarından etibarən etiraz aksiyası keçirirlər.

"Report"un yerli bürosu xəbər verir ki, 15-ə yaxın mədənçi əməkhaqqlarının ödənilməsi tələbi ilə Mindeli və Dzidziquri adına mədənlərə eniblər.

Onlar maaşları verilməyənə qədər mədənlərdən çıxmayacaqlarını bildiriblər.

Gürcüstanın Həmkarlar İttifaqları Birliyinin məlumatına əsasən, mədənçilər əməkhaqqını sentyabrın 15-nə qədər almalı idilər. Mədənçilərə maaşların ödənilməməsi onların sosial vəziyyətini daha da ağırlaşdırıb.

Birlik hökuməti mədənçilərin əməkhaqlarını təcili ödəməyə çağırıb.

Digər xəbərlər