Gürcüstanda daha iki pasiyent koronavirusdan tam sağalıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19 infeksiyasından sağalanların ümumi sayı 71 nəfərə çatıb.
İndiyədək Gürcüstanda koronavirus 306 nəfərdə təsdiqlənib. Onların 3-ü vəfat edib.
Hazırda karantində 5 034, stasionar nəzarətdə isə 463 nəfər var.